İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidandan ŞOK AÇIQLAMA: Onlar Suriyada gizlənirlər

Türkiyənin xarici işlər naziri Hakan Fidan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Suriyadakı hərbi və hüquq-mühafizə strukturlarına toxunub.

Musavat.com xəbər verir ki, o, Suriya daxilində silahlı qruplaşmaların mövcudluğunun qəbuledilməz olduğunu bildirib.

Fidanın sözlərinə görə, Suriyanın öz ordusu və hüquq-mühafizə orqanları olmalıdır, lakin onlar hökumət tərəfindən idarə olunmalı və tabe edilməlidir:

“Biz silahlı dəstələrin varlığını, onların hansı məqsədlə fəaliyyət göstərməsindən asılı olmayaraq, qəbul edə bilmərik".

Türkiyə uzun müddətdir ki, Suriyadakı qeyri-dövlət silahlı qruplarla bağlı narahatlığını ifadə edir və bu məsələdə rəsmi Dəməşq və beynəlxalq tərəfdaşlarla koordinasiyalı siyasət yürüdür.

Fidanın bu bəyanatı regionda sabitliyin və suverenliyin bərpası üçün Türkiyənin siyasətini bir daha vurğulayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR