İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidandan Rusiyanı qıcıqlandıracaq açıqlama: münaqişə Ukraynanın ərazi bütövlüyü...

Musavat.com-un verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna münaqişəsinin həlli üçün ədalətli bir çərçivənin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

“Hürriyet” qəzetinə verdiyi müsahibədə Fidan bu münaqişənin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının əsas şərt olduğunu qeyd edib.

O, Türkiyənin hər iki tərəflə xüsusi əlaqələrinin olduğunu və bu münasibətlərin sülh prosesində mühüm rol oynaya biləcəyini bildirib.

Hakan Fidan Türkiyənin uzun müddətdir həm Rusiya, həm də Ukrayna ilə balanslı siyasət apardığını və bu münasibətlərin ölkənin vasitəçilik səylərini gücləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, münaqişənin həlli regionda davamlı sülh və sabitlik üçün zəruridir. Türkiyə bu istiqamətdə diplomatik addımlarını davam etdirməyə və həm regional, həm də qlobal səviyyədə sülhə dəstək verməyə hazır olduğunu ifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR