 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Ukraynada sülh nizamlanmasına bir il ərzində nail olmaq mümkündür.
"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.
"Biz ya bu müharibənin davam etməsinə imkan verəcəyik, ya da bu il ərzində davamlı sülhə nail olacağıq", - o qeyd edib.
XİN başçısının sözlərinə görə, Türkiyə iyunun 2-də İstanbulda aparılacaq danışıqlarla bağlı Ukrayna ilə məsləhətləşmələr aparır. Ankara danışıqlarda əldə edilmiş impulsu inkişaf etdirmək istəyir:
"Biz Ukraynadakı müharibədə kritik nöqtəyə yaxınlaşırıq. Mayın 16-da İstanbulda aparılan danışıqlar Ukraynada diplomatik nizamlanmanın yeni başlanğıcı oldu. Biz İstanbulda əldə edilmiş impulsu, dinamikanı qorumaq istəyirik və danışıqların yeni raunduna ev sahibliyi etməyə hazırıq".
31 Oktyabr 2025
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ