İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan: Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq

Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir.

H.Fidanın sözlərinə görə, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər.

Nazir onu da bildirib ki, Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq: "İŞİD və PKK-nın mövcud vəziyyətdən sui- istifadə etməməsi üçün çox diqqətli olmalıyıq. Amerikalı dostlarımızla təmasları davam etdiririk. Suriya dövlət qurumları qorunmalı və müxalif güclər dərhal birləşməlidir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR