İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan Blinkenlə bu məsələləri MÜZAKİRƏ ETDİ

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün ABŞ dövlət katibi Antoni Blinken ilə telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Görüşdə Suriyada baş verən son hadisələr müzakirə edilib. H.Fidan Türkiyənin bölgədəki hər hansı bir qeyri-sabitliyi artıracaq hadisələrə qarşı olduğunu və bu baxımdan Suriyadakı gərginliyin azaldılmasını dəstəklədiyini vurğulayıb.

O, Suriya xalqı üçün sülh və əmin-amanlığın təmin olunması üçün rejimlə müxalifət arasındakı siyasi prosesin nəticələnməsinin vacib olduğunu bildirib.

Fidan Türkiyəyə və suriyalı mülki vətəndaşlara qarşı terror fəaliyyətlərinə heç bir halda icazə verilməyəcəyini də qeyd edib.

O, həmçinin Livandakı atəşkəsin daimi olması üçün İsrailin verdiyi vədləri yerinə yetirməsi lazım olduğunu bildirib. Türkiyənin XİN başçısı Qəzza bölgəsində atəşkəsin ən qısa zamanda təmin edilməli olduğunu və humanitar yardımın həmin bölgəyə çatdırılmasının vacibliyini vurğulayıb.

Görüşdə Ukrayna və Cənubi Qafqaz məsələləri də müzakirə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR