İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı olmaq istəyən 17 min insan HƏBS EDİLDİ

Səudiyyə Ərəbistanı təhlükəsizlik orqanları tərəfindən icazəsiz Həcc ziyarətinə cəhd edən 17 mindən çox insan həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Həcc Təhlükəsizliyi Komitəsinin rəhbəri general-leytenant Məhəmməd Əl-Bassami “ArabNews“a bildirib.

Onun sözlərinə görə, ümumilikdə 17 615 nəfər həbs edilib.

Qeyd olunub ki, onların arasında yaşayış, iş və sərhəd təhlükəsizliyi qaydalarını pozan 9509 nəfər, eləcə də 105 saxta Həcc kampaniyasının təşkilatçıları var.

Onların hamısı prokurorluğa təhvil verilib.

Həmçinin məlum olub ki, Həcc ziyarətinə icazəsi olmayan 202 695 nəfər və müqəddəs yerlərə giriş icazəsi olmayan 128 999 avtomobil Məkkəyə giriş məntəqələrindən geri qaytarılıb. Zəvvarları daşıyan daha 33 nəfər həbs edilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR