Onlayn ictimai-siyasi qəzet
Bu gün Haaqada NATO-nun ikigünlük sammiti başlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, sammit iştirakçıları fikir ayrılıqlarından ehtiyatla qaçır, birlik nümayiş etdirməyə çalışırlar. Eyni zamanda Ukraynanın avropalı müttəfiqləri arasında ABŞ prezidenti Donald Trampın administrasiyasının Kiyevə yeni hərbi yardım göstərməyə hazır olmadığına dair anlayış artmaqdadır.
“The Washington Post” yazır ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra prezident Vladimir Zelenski NATO sammitlərində fəxri qonaq olub. Bu il NATO liderləri Trampı qıcıqlandırmaq istəmədiyi üçün Ukrayna lideri arxa plana keçir.
Nəşr xatırladıb ki, ABŞ prezidenti sammitə gedərkən jurnalistlərə sammitin dəhlizlərində Zelenski ilə “yəqin ki” görüşəcəyini deyib. Bununla belə, NATO rəsmiləri onları mümkün qədər bir-birindən uzaq tutmağa çalışır, belə ki, Ağ Ev rəhbəri Ukrayna liderinə açıq-aşkar hörmətsizlik nümayiş etdirir.
Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri Oleksandr Merejko jurnalistlərə açıqlamasında deyib: “NATO ölkələrindən olan dostlarımız vəziyyətin incəliyini başa düşürlər və Ukraynanın sammitdə təmsil olunmasını təmin etmək, eyni zamanda Trampı narazı salmamaq üçün mümkün olan hər şeyi etməyə çalışırlar”.
Nəşr vurğulayır ki, ABŞ-Rusiya danışıqları dalana dirənib və Tramp Kremli atəşkəsə sövq etmək fikrində deyil. Rəsmilər jurnalistlərə bildiriblər ki, Amerika silahlarının tədarükünün dayandırılması Ukraynanın döyüş meydanındakı mövqeyini pisləşdirəcək. Bu, həm də Avropa müttəfiqlərinə təzyiqi artıracaq.
Sammitdə müttəfiqləri Trampı Ukraynaya silahı satmağa razı salmağa çalışacaqlar.
Musavat.com
25 Iyun 2025
24 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ