İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın Aİ və NATO-ya yolu BAĞLANIR - Nazirdən SON DƏQİQƏ açıqlaması

Gürcüstan parlamentinin "xarici agentlər haqqında" qanunu qəbul etməsi ölkənin Aİ və NATO-ya yolunu bağlayacaq.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib.

Landsberqis Gürcüstan prezidenti Salome Zurabişvili ilə keçirdiyi mətbuat konfransında bəyanat verib.

O qeyd edib ki, Gürcüstan hökumətinin hələ də qanun layihəsini geri götürmək imkanı var.

"Xarici agentlər haqqında" qanunun qəbulu Gürcüstanın Aİ və NATO-da gələcək irəliləyişini dayandıracaq", - deyə nazir bildirib.

O, Gürcüstan hökumətinin buna görə məsuliyyət daşıyacağını vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Zurabişvili Gürcüstan parlamentinin yekun oxunuşda qəbul etdiyi xarici agentlər haqqında qanuna veto qoyacağını bəyan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR