İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda etirazçılar hökumətin istefasını tələb edir

Gürcüstanda etirazçılar hakimiyyətə yeni ultimatum veriblər.

APA-nın xəbərinə görə, onlar hökumətin istefa verməsini tələb ediblər.

Qeyd edək ki, martın 6-da Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu birinci oxunuşda qəbul edib. Təşəbbüs gəlirlərinin 20 faizindən çoxunun xaricdən gəldiyi təqdirdə qeyri-kommersiya hüquqi şəxslərin və medianın xarici agent statusunu almasını nəzərdə tutur.

Bundan sonra parlamentin qərarı ilə razılaşmayan yüzlərlə insan Tiflis küçələrinə axışıb – onlar başqa şeylərlə yanaşı, “Rusiya qanunlarına yox” şüarları səsləndiriblər. Sakinlər qanun layihəsinin qəbulunu ölkənin qərbyönümlü kursundan yayınma kimi qiymətləndiriblər. Hakimiyyət sonradan qanunu ləğv edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR