Onlayn ictimai-siyasi qəzet
Gürcüstan prezidenti Salome Zurabişvili yaxın gələcəkdə siyasətdə daha fəal iştirak edə və müxalifət partiyalarından birinin siyahısında yer ala bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “Aqmaşenebeli Strategiyası” partiyasının liderlərindən biri, deputat Paata Mancqaladze danışıb.
Salome Zurabişvili 2024-cü ilin payızının sonuna qədər Gürcüstanın prezidenti olacaq. Onun varisi gələn ilin oktyabrında keçiriləcək parlament seçkilərində 5 faizlik baryeri keçən partiyaların daxil olduğu Seçkilər Kollegiyası tərəfindən seçiləcək.
“Mən Salome Zurabişvilidən daha kəskin addımlar gözləyirəm... Düşünürəm ki, prezident getdikcə siyasətdə fəallaşmağa qərar verəcək. İstisna etmirəm ki, biz onu hansısa müxalifət partiyasının siyahısında görəcəyik”, - deyə Mancqaladze bildirib.
Gürcü siyasətçinin fikrincə, əgər prezident xalqın səsi olmaq istəyirsə, o zaman ilk növbədə məhkum edilmiş keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etməlidir. Siyasətçinin fikrincə, bu, ədalətə doğru bir addım olardı.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ