İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan parlamentinin sədri: ABŞ səfirliyi ölkəmizdə dezinformasiya məkanına çevrilib

ABŞ səfirliyi Gürcüstanda dezinformasiya məkanına çevrilib.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Nə qədər xəbər paylaşılsa da, hər biri dezinformasiya və manipulyasiya idi. Bütün xəbərlər dezinformasiya və ya manipulyasiya xarakteri daşıyırdı, bu isə əlbəttə ki, bizim ümumi demokratik dəyərlərimizə ziddir”, - Şalva Papuaşvili bildirib.

Qeyd edək ki, Gürcüstanda seçkiqabağı kampaniyanın ən qızğın vaxtında ABŞ səfirliyinin sosial media səhifəsində “Gürcü Arzusu” partiyası və onun qurucusu Bidzina İvanişviliyə tənqidi yanaşan banerlər görünüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR