Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin impiçmenti tələbini təmin edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, qərarı məhkəmənin sədri Merab Turava canlı efirdə oxuyub.
Qeyd olunub ki, məhkəmə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının tələbini təmin edib və respublika prezidenti Salome Zurabişvilinin hökumətin icazəsi olmadan xarici səfərlərinə görə konstitusiyanı pozduğunu müəyyən edib.
"Gürcüstanın Konstitusiya Məhkəməsi müəyyən edib ki, prezident Salome Zurabişvili 2023-cü il avqustun 31-də, sentyabrın 1 və 6-da xaricə işgüzar səfərlər zamanı hökumətin razılığı olmadan beynəlxalq münasibətlər sahəsində hüquq və səlahiyyətlərini həyata keçirib. Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin 1-ci hissəsinin “a” yarımbəndini pozub", - deyə Turava bildirib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ