İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan hökuməti turizm sektorunun daşınmaz əmlak vergisi üzrə öhdəliklərini silib

Gürcüstan hökuməti ölkədə turizm sektorunun inkişafı üçün bir sıra vacib tədbirlər görür. Bunlardan biri də turizm sektorunun 2021-ci il üzrə daşınmaz əmlak vergisi ilə bağlı öhdəliklərinin silinməsidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

İrakli Qaribaşvili hökumətin qərarına əsasən turizm sektorunun 2021-ci il üzrə daşınmaz əmlak vergisi öhdəliklərinin silindiyi haqqında məlumat verib.

Baş nazir bildirib ki, turizm sahəsindəki cari vəziyyət və mövcud problemlər diqqətlə öyrənilir. COVID-19 pandemiyasına görə məhz bu sahə, həmçinin mehmanxana-restoran sektoru da zərər çəkib. Buna görə də bu sektor 2021-ci il üçün daşınmaz əmlaka görə vergidən azad edilib.

Baş nazirin sözlərinə görə, bu addım turizm sahəsi üçün mühüm yardım olacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR