Onlayn ictimai-siyasi qəzet
Gürcüstanın bütün iri bankları Rusiyaya məxsus “Yunistrim” ödəniş sistemi ilə əməliyyatları dayandırıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, qərar bu gündən qüvvəyə minib.
Gürcüstan bankları bu addımı “Yunistrim” ödəniş sisteminin ABŞ tərəfindən sanksiya siyahısına salınmasına görə atıblar.
Gürcüstanın “TBC”, “Liberti”, “Bank Georciya”, “KredoBank”, “Bazisbank” banklarında sistemlə əməliyyatlar tamamilə dayandırılıb. Bundan əlavə, Gürcüstanın demək olar ki, bütün bölgələrində filialları olan “Rikokredit” mikromaliyyə təşkilatında da “Yunistrim” ödəniş sisteminə bağlantılarda problemlər yaranıb.
Xatırladaq ki, iyulun 20-də ABŞ hakimiyyəti daha 5 Rusiya maliyyə qurumunu sanksiya siyahısına salıb. Bunlar “Tinkoffbank”, “Loko-bank”, Peterburq Sosial Kommersiya Bankı, “Solidarnost” və “Yunistrim” ödəniş sistemidir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ