İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gürcü Arzusu” belə yıxılacaq...

Hakimiyyət müxalifətin seçkidən sonrakı “fısı”nı tam çıxarmağını gözləmədən Aİ ilə danışıqları dayandırılmasının elan etməklə, sanki küçə aksiyalarının daha da gərgin yön almasına rəvac verdi

“Gürcü Arzusu”nun Avropa İttifaqına(Aİ) üzvlüklə bağlı danışıqları dayandırmasını müxalifətin parlament seçkilərindən sonra başladıqları etiraz aksiyalarının fonunda verməsi diqqət çəkdi. Hakimiyyət müxalifətin seçkidən sonrakı “fısı”nı tam çıxarmağını gözləmədən Aİ ilə danışıqları 2028-dək dayandırılmasının elan etməklə, sanki küçə aksiyalarının daha da gərgin yön almasına rəvac verdi. Bu, həm də ilk belə riskli (həm də əndrəbadi) qərar deyil.

“Gürcü Arzusu” “Xarici agent” haqqında qanunu da Gürcüstanda etirazlar fonunda parlamentə təklif edilmiş, amma birinci oxunuşdan keçdikdən sonra küçə etirazları daha da qızışmış və hakim partiya qanunu geri götürmüşdü. Amma tezliklə (aprel ayında) parlament yenidən qanunun müzakirəsinə başladı və həm ABŞ-dan, həm Aİ-dən sərt etirazlara baxmayaraq, may ayında qanun qəbul edildi.

“Kim risk etmirsə, o şampan içmir” deyimini xatırlamaq da olar, amma adi məntiqlə düşündükdə, “Gürcü Arzusu”niyə indilikdə məsələn, hakimiyyətini itirməklə risk etsin ki? Aİ Gürcüstan hakimiyyətini zatən indi şantaj etməyə başlamamışdı və bir müddət də Brüsseldən verilən “ demokratiya dərslərinə”, maliyyyə sanksiyalarına dözmək, “haqq- hesabı” daha uyğun zamanda da elan etmək olardı.

Birinci səbəb, riskli qərarlar vermək şəkarədir ki, bu istənilən hakimiyyət üçün ağıllı addım hesab oluna bilməz. 2012-ci ildən hakimiyyəti saxlamağı bacaran “Gürcü Arzusu”na isə ağılsız yarlığını yapışdırmaq olmur. Bu qərarın indi elan edilməsinin bir səbəbi elə Brüsselin hərəkətlərinin həqarətə çevrilməsidir ki, “Gürcü Arzusu” daha bu münasibəti həzm edə bilmir və danışıqları dondurmaq qərarına gəlib. Aİ isə hələ yaydan Gürcüstanın inteqrasiya prosesini dayandırmaqla və 30 milyon avronu dondurmaqla bu addımı atmışdı.

İkinci səbəb sırasında Aİ ilə münasibətlərin tərəfdarının Gürcüstan müxalifətinin və bəzi dairələrin iddia etdiyi kimi heç də əksəriyyət əhalinin istəmədiyini sübut etmək ola bilər. Gürcüstanlı ekspertlər də deyirlər ki, indi küçələrə çıxanlar əsasən, “Xarici agent” haqda qanuna da etiraz edən QHT nümayəndələridir. Tələbələrini etiraz aksiyasına qoşulduqlarına gəlincə, bu da Aİ-nin qrantlarına görədir. Bir çox ali məktəb professorları maaşları ilə deyil, Brüssel və Vaşinqtondan aldıqları subsidiyalarla yaşayırlar. Aİ maddi dəstəyini çəkərsə, bu onların qrant almaq yolunu bağlayacaq. Müxalifət Aİ qərarına qarşı etirazçıları kifayət qədər tez səfərbər edə bilsə də, görünən odur ki, onlara “hakimiyyəti inqilab yolu ilə dəyişmək üçün” kütləvi dəstək yoxdur.

Gürcüstan polisinin xüsusilə Tiflisdəki etiraz aksiyalarını əlavə hökumət qüvvələrinə(məsələn, orduya)ehtiyac olmadan nəzarətdə saxlaya bilir. Bu, həm də Gürcüstanın diplomatik korpusunda “Aİ-yə görə istefalar”a rəmən hüquq- mühafizə orqanlarının qanuni hakimiyyəti dəstəklədiyinin sübutudur.

Bu barədə son yazımızda da bildirmişdik ki, Aİ-yə üzvlük vədi adi gürcülər üçün cəlbedici edən səbəblər var, o sırada demokratik dəyərlər əsas sırada yer almır. Aİ ölkələri ilə vizasız rejim Gürcüstan vətəndaşlarına iş, pul qazanmaq şansını tanıyır.

Nəhayət, belə bir versiya da var ki, Gürcüstan hakimiyyəti Aİ ilə əlaqələrin bərpası Tiflislə Brüsel arasında “alver predmeti” ola bilər. Yəni “Gürcü Arzusu” Aİ ilə bağlı qərar verərərkən müxtəlif ssenarilərə hazırlaşıb.

Tiflisdə toqquşmalar davam etdiyi vaxtdda Bayden hakimiyyətinin Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq barədə qərar qəbul etməsi bu dəfə də Ağ Evin şantajıdır. Dövlət katibi Antoni Blinken “ Xarici agentlər” haqqında qanunun qəbulundan sonra ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığa yenidən baxılacağını açıqlamışdı. Parlament seçkilərindən sonra isə Ağ Ev “Gürcüstanda demokratik geriləmə” ilə bağlı narahatlığını ifadə etdiyi bəyanat yaymışdı. Rəsmi Tiflis isə bəyan edib ki, bu qərarın heç bir prinsipial əhəmiyyəti olmayacaq və yeni admnistrasiya məsələyə yenidən baxacağı və ədalətli qərar qəbul edəcəklərinə ümidlidirlıər. “Ağ Evin hazırkı administrasiyası yeni administrasiyaya mümkün qədər ağır miras qoymağa çalışır.

Onlar bu addımı əvvəlcə Ukrayna ilə əlaqədar atdılar, indi isə Gürcüstanla əlaqəli edirlər. Bunun heç bir prinsipial əhəmiyyəti olmayacaq, biz yeni administrasiyanı gözləyəcəyik və hər şey haqqında yeni administrasiya ilə danışacağıq ” deyə, Kobaxidze deyib.

“Gürcü Arzusu” LGBT kimi liberal Qərb dəyərlərini rədd edib və ənənəvi gürcü dəyərlərini müdafiə edir. Bu isə Trampın baxışlarına yaxındır. Ümumiyyətlə, “Gürcü Arzusu”nun Tramp adminstrasiyasına “yıxılacağı ” gözlənilir. Amma hər şey ABŞ prezidentinin baxışlarından asılı olmaya da bilər. Yeni admistrasiyanın təkcə Gürcüstan deyil, ümumimiyyətlə Cənubi Qafqaz siyasətinin necə olacağı haqda ancaq ehtimallar var. Bundan əvvəlki prezidentlik müddətində Tramp administrasiyası Qafqaz siyasəti Bayden hakimiyyəti kimi aqressiv olmayıb. Amma indi reallıqlar dəyişib, gözlənilir ki, A İ -də Gürcüstanla bağlı siyasətini Vaşinqtonun bu ölkəyə qarşı yeni yanaşmalarına uyğun olaraq tənzimləyəcək.

Nazim SABİROĞLU,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR