İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli hüquq müdafiəçisinin məhkəməsi qapalı və onun iştirakı olmadan keçirildi

Dünən güneyli hüquq müdafiəçisi və 2023-cü il Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədinin “dövlət quruluşu əleyhinə təbliğat" ittihamı ilə məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” telegram kanalı məlumat yayıb. 

Qeyd olunub ki, məhkəmə iclası onun iştirakı olmadan və qapalı şəkildə Tehran İnqilab Məhkəməsinin 29 saylı bölməsində baş tutub.

İranlı vəkil Mustafa Nili məhkəmə iclasında xanım Məhəmmədini müdafiə etdiyini açıqlayıb.

Mustafa Nili bildirib ki, məhkəmədə Nərgiz Məhəmmədinin Dina Qalibaf adlı məcburi hicaba qarşı çıxan, zorakılığa məruz qalmış və cinsi zorakılıq əlamətləri aşkarlanan gənc qadınla bağlı dedikləri, o cümlədən parlament seçkilərini boykot etmək haqqında fikirləri vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR