İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney Azərbaycanın şəhərlərində İlham Əliyevin fotoları yayıldı - FOTO

Güney Azərbaycanın şəhərlərində Prezident İlham Əliyevin şəkilləri yayılmaqdadır.

Bu barədə Musavat.com-a məlumat verən Azərbaycan Starateji Araşdırmalar Mərkəzinin Kanada bölümünün rəhbəri, siyasi təhlilçi Aslan İsabəyli bildirib ki, bu foto ilə güneyli fəallar Azərbaycan dövlətinin yanında olduqlarını göstərirlər:

"İranı xəritədə pişiyə bənzədirlər. Prezident İlham Əliyevin məhz pişiklə olan fotosunu yaymaqla güneyli fəallar göstərirlər ki, 60 milyonluq xalqın başında onu görürlər. Onlar eyni zamanda ötən günlərdə keçirilən Türkiyə- Azərbaycanın birgə hərbi təliminə də dəstək verirlər. Bildirirlər ki, "Qardaşların təlimi"nə dəstəkdirlər və bu xalqın birləşməsi üçün cəhd göstərənlərin hər zaman yanında olacaqlar. Güneyli fəalların fəaliyyəti davam edir və hazırda da şəkillər yayılmaqdadır Bu mesaj əsasən İran və Fransaya aiddir. Güney Azərbaycanlılar cənab Prezidentə təşəkkür edirlər".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR