İnsanlara hürriyət, millətlərə istiqlal!

Günəşdə 10 güclü alışma baş verib

Bu gün alimlər Günəşdə yüksək “M” sinifli 10 alışma qeydə alıblar.

“Report” xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.

İlk “M1.3” sinifli alışma Bakı vaxtı ilə saat 01:48-də qeydə alınıb, onun müddəti 30 dəqiqə olub.

Son iki həftə ərzində alimlər Günəşdə ən yüksək “X” sinifli dörd (X1.7 və X4.5, həmçinin iki X1.3 alışması) və çoxlu sayda “M” sinifli alışmalar qeydə alıblar.

Günəş partlamaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur.

Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR