Onlayn ictimai-siyasi qəzet
"Həkimlər xüsusi kremlərdən istifadə edərək özünüzü Günəşin mənfi təsirinə məruz qalmadan qorumağı tövsiyə edirlər. Amma burada bir nüans var: Bu zaman orqanizmdə D vitamini ifraz olunmur. Bu vitamin çox az olarsa, dəri xərçəngi inkişaf edə bilər".
Musavat.com oxu.az-a istinadən bildirir ki, bunu rusiyalı kimyaçı, Biokimyəvi Fizika İnstitutunun biopolimerlərin funksional xassələri laboratoriyasının müdiri Mariya Semyonova bildirib.
"Fakt budur ki, Günəş əleyhinə kremlər dərini ultrabənövşəyi şüalardan qoruyur. Həkimlər, həmçinin qorunmaq üçün geyim, papaq, günəş eynəyi kimi vasitələrdən istifadə etməyi məsləhət görürlər. Lakin digər tərəfdən, D vitamininin ciddi çatışmazlığı dərinin vaxtından əvvəl qurumasına və hiperpiqmentasiyasına, elastikliyini itirməsinə, qırışların yaranmasına, qızartılara səbəb olur", - deyə o qeyd edib.
Həkim tövsiyə edib ki, xüsusilə payız-qış dövründə D vitaminini qidaya əlavə etmək lazımdır.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ