Onlayn ictimai-siyasi qəzet
Müğənni Günel Zeynalova sosial media hesabında paylaşım edib.
İfaçı türkiyəli həmkarlarının Aktauda qəzaya uğrayan AZAL-la bağlı paylaşım etməmələrini qınayıb.
O, "Türkiyədə zəlzələ, meşə yanğınları zamanı onların yanında olub acılarını bölüşdük. Ümumiyyətlə Türkiyədə hər hansı faciə yaşananda biganə qalmadıq. Çünki dost pis gündə tanınar. Amma instaqram izləyicilərimdən olan türklərin Azərbaycanla bağlı baş verən hadisəyə dair paylaşım etdiyini görmədim. Ayıb olsun" sözləri yazılan paylaşımı sosial media hesabında yayımlayaraq səsləndirilən fikirləri dəstəkləyib.
"Heç vaxt bununla bağlı mənə nəsə deyilməyib. Ürəkdən kədərinizi hiss etmişəm, acınız acımızdır. Sənətçi dostlarım haradasınız?" deyə, Günel türkiyəli sənətçilərə irad bildirib.
Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı az sayda türkiyəli məşhur Azərbaycana başsağlığı verib. (Axşam.az)
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ