İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülay efirdə Kamilə görə AĞLADI - VİDEO

Xəbər verdiyimiz kimi, məşqçi Kamil Zeynallı Rusiyanın paytaxtı Moskva şəhərində hava limanında saxlanılıb.

Məsələ ilə bağlı müğənni Gülay Zeynallı "Tarixin bir günü" verilişinə telefon zəngi ilə qoşularaq danışıb. O, Kamilin sərbəst buraxılması üçün yardım istəyib və ağlayıb.

"Gecə 3-də Kamil zəng etdi ki, məsələ belədir. Dünəndən telefonumuz susmur. Hər kəsə təşəkkür edirəm. Efir vasitəsi ilə demək istəyirəm ki, dövlətimiz Kamilə kömək etsin. Çünki mənim qızımın arxa-dayağı, başının tacı bir insan varsa, o da onun atasıdır. İstəmirəm ki, qızım atasız bir gün keçirsin. Ona görə də Kamilə kömək olsunlar. Xahiş edirəm. 

Qızım hər şeyi başa düşür, ona izah etmişəm. Gecədən yatmamışıq, hər şeyi demişəm ona. Çünki böyük qızdır, onun hər şeyi bilməyə haqqı var. Ən azından əlində telefonu var, baxır, görür. Amma inanıram ki, dövlət onu tək qoymayacaq. Çünki Kamil yaxşı oğul, atadır. Prezidentimizdən, Mehriban xanımdan xahiş edirəm, bunun öhdəsindən yalnız onlar gələ bilər. Necə ki, Azərbaycanı bütöv etdilərsə, mənim övladımın atasını qaytarsınlar, çox xahiş edirəm" deyə, Gülay vurğulayıb. 

Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.//Axşam.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Dekabr 2024

23 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR