İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü tufan və yağış Fransa fəsadlar törətdi, Paris su altında qaldı - VİDEO

Tufan və güclü yağışdan sonra Fransanın paytaxtı Paris şəhəri su altında qalıb.

“Report” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə yerləşdirilən videogörüntülərdə ölkənin əsas şəhərinin küçələrinin, metrostansiyaların su altında qaldığı əks olunur. Paytaxtın bir hissəsi su kanalına çevrilib. Tufan və xüsusən yağış suları şəhərin küçələrində gediş-gəlişi çətinləşdirib, piyadaların hərəkətinə maneçiliklər törədib.

Tufan və leysan şəhərdə dağıntılara da səbəb olub. Ağaclar və elektrik xətləri aşıb, küçə və xiyabanları, eləcə də yeraltı keçidləri su basıb. Təbii fəlakətin fəsadları bununla yekunlaşmır. Belə ki, on minlərlə ev elektriksiz qalıb.

Xarici mətbuatın məlumatına görə, təbii fəlakət insan itkisi ilə nəticələnib. Belə ki, tufan nəticəsində azı 2 nəfərin öldüyü bildirilir. Həmçinin xəsarət alanlar da var. Lakin onların dəqiq sayı açıqlanmır. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR