İnsanlara hürriyət, millətlərə istiqlal!

Güclü daşqın olan şəhərdən SON GÖRÜNTÜLƏR: Minlərlə insan ...

Liviyada Aralıq dənizi sahillərində "Daniel" siklonunun yaratdığı daşqınlar nəticəsində minlərlə insan itkin düşüb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu daxili işlər naziri Essam Əbu Zəribə bildirib.

"Sel minlərlə insanı dənizə aparıb. Onlar hələ də itkin düşmüş hesab olunur", - məlumatda deyilir.

Liviyanın şərq regionunun hökumət başçısı Usamə Hammad bildirib ki, Derna bölgəsində daşqın qurbanlarının sayı iki mini keçib.

Qeyd edək ki, sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərində yerləşən şəhərlərə güclü külək, leysan və tufanlar gətirib.

Güclü yağış infrastruktura ciddi ziyan vurub, bir çox yaşayış binalarını, xəstəxanaları və digər mühüm mülki obyektləri su basıb. İtkin düşmüş şəxslərin təxliyəsi və axtarışları davam edir.

Məlumata görə, ən çox zərər çəkən Derna şəhəri olub. Belə ki, şəhərdəki iki bənd dağılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR