İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözəl görünmək istəyən 52 yaşlı qadın həyatının kabusunu yaşadı - Qarnı çürüyür, əti tökülür

Estetik əməliyyatlarla bağlı şikayətlər bitmək bilmir.

Musavat.com xəbər verir ki, Türkiyədə qarın gərmə əməliyyatı keçirən əcnəbi qadının həyatının şokunu yaşayıb.

Əməliyyatdan sonra qadının qarnı hər keçən gün çürüyüb və o, sonunda yeriyə bilməyib.

Almaniyada yaşayan 52 yaşlı Handan Dinçer 2 il əvvəl  əməliyyat üçün İstanbulda özəl xəstəxanaya gəlib. Əməliyyatdan bir neçə gün sonra qadın qarnının düz olacağını düşünərkən, həyatının şokunu yaşayıb. Almaniyaya qayıdan Handan Dinçerin vəziyyəti günü-gündən pisləşib. 

Qarnı çürüməyə və əti tökülməyə başlayan qadın başına gələnləri danışaraq bunları deyib: “Hər bir qadın gözəl olmaq istəyir, mən də əməliyyat edirmək qərarına gəlmişdim. Lakin həyatım alt-üst oldu, evdə işləyə, övladlarıma baxa, paltarımı belə geyinə bilmirəm".

Həyatı kabusa çevrilən qadın əməliyyatı edən həkimi mhəkəməyə verib. Maddi və mənəvi təzminat üçün də iddia qaldırılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Musavat.com

Ekran görüntüsü 2025-01-20 132019

Ekran görüntüsü 2025-01-20 131751

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Yanvar 2025

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR