İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöldə 43 yaşlı kişi bıçaqlandı

Göygöl rayonunun Bəhrəmbəy kəndində bıçaqlanma hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, 1981-ci il təvəllüdlü Adil Arif oğlu Süleymanov mübahisə zəminində bıçaqlanıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Bayramov Ramin Məhəddin oğludur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR