İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyərtinin köhnə olmasına irad bildirən müştərini döydü- Məhkəmədə həbs edildi

Sabunçuda müştəri ilə satıcı arasında başlayan mübahisə dava ilə bitib. Dava zamanı satıcı müştəyirə bir neçə yumruq vurub.

Musavat.com xəbər verir ki, satıcı Qurban Abdullayev mağazaya gələn müştəri İbrahimlə mübahisə edib. Buna səbəb İbrahimin göyərtinin köhnə olmasına irad bildirməsi olub. Satıcı isə “xoşuna gəlmir, alma” deyib. Bu sözlər də müştərinin xoşuna gəlməyib və onlar əlbəyaxa olub. Hadisə vaxtı Qurban Abdullayev müştəriyə bir neçə zərbə vurub.

Qurban Abdullayev İbrahimin söyüş söydüyünü, özünü müdafiə etmək üçün onu vurduğunu deyib. İbrahim isə satıcıya heç bir müqavimət göstərmədiyini, söyüş söymədiyini deyib.

Xuliqanlıqda və qəsdən sağlamlığa yüngül zərər vurmaqda ittiham edilən Qurban 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında qandallanıb.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR