İnsanlara hürriyət, millətlərə istiqlal!

Göydən Yerə peyk yağdı - ŞOK GÖRÜNTÜLƏR

İlon Maska məxsus özəl kosmos şirkəti "SpaceX"in yeni nəsil mini Starlink peyklərini buraxmasından bir aydan bir qədər çox vaxt keçib. Lakin görünən odur ki, 21 mini peykdən biri orbitdə qala bilməyib.

Musavat.com bu barədə "Gizmodo"ya istinadən xəbər verir.

İnternet peyklərini izləyən "SpaceX"in astrofiziki Conatan Makdauellin sözlərinə görə, bazar ertəsi səhər saat 11:50-də "30062" adlı mini peyk Yerə düşüb. Peyk çox güman ki, atmosferə girən kimi yanıb. "Twitter"də açıqlamalar verən Makdauellin sözlərinə görə, Starlink V2 Mini-dən üçü təyin olunmuş əməliyyat trayektoriyalarına çatmaq üçün hündürlüyə qalxıb, onlardan biri orbitdən çıxış manevri edib.

V2 Mini-lərin manevrlərini qeydə alan qeyri-rəsmi SpaceX bələdçisi Starlink Insider V2 Mini-ləri istifadəyə verildiyi gündən izləyir. Keçən ay Starlink Insider yaxınlarda buraxılan peyklər qrupunun yüksəlmək əvəzinə yavaş-yavaş hündürlüyü itirdiyini müşahidə olub.

"SpaceX"in baş direktoru İlon Mask V2 Minis ilə bağlı iddialara cavab olaraq peyklərin "bəzi problemlər yaşadığını" və "bəzilərinin orbitdən çıxarılacağını, digərlərinin isə sınaqdan keçiriləcəyini" söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR