İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçayın yeni icra başçısı kollektivə təqdim olunub


Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Ağayev kollektivə təqdim olunub.

Musavat.com-un məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Natiq Nuşravan oğlu Ağayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb. N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR