İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçay sakini dayısı oğlunu bıçaqlayıb

Göyçay rayonunda bıçaqlanma hadisəsi olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayonun Hacalıkənd kənd sakini, 1999-cu il təvəllüdlü Nemətov Elnur Xəyyam oğlu aralarında baş verən dava zamanı dayısı oğlu Əhmədli Kənan Kamran oğlunu bıçaqlayıb.

Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimovun “Report”un yerli bürosuna verdiyi məlumatında bildirib ki, hadisəni törədən Elnur Nemətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR