Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, TV Musavatdakı bu verilişdə Türk xalqları ilə dünya tarixinin ən mühüm fiqurlarından biri olan Çingizxan arasında mövcud olan tarixi bağları araşdırırıq. Çingizxanın imperiyasının yaranmasında türk mənşəli tayfaların rolu və onun türk dünyasına təsiri bu epizodun əsas mövzusudur.
Tarix səhnəsində türklərlə monqolların qarşılıqlı əlaqələri, ittifaqları və zamanla bir-birinə qarışan mədəniyyətləri diqqət mərkəzinə çəkilir. Əfsanəvi hökmdarın yürüşləri zamanı türklərlə necə ittifaq qurduğu və ya qarşı-qarşıya gəldiyi faktlarla izah olunur. Verilişdə həm tarixi mənbələrə əsaslanır, həm də müasir araşdırmalar işıqlandırılır. Bu səyahət sizi həm tarixlə, həm də türk kimliyinin dərin qatları ilə tanış edəcək.
Musavat.com
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ