İnsanlara hürriyət, millətlərə istiqlal!

Google kompaniyası 10 min əməkdaşını işdən çıxarmağı planlaşdırır

Alphabet Inc. holdinqinin strukturuna daxil olan Google şirkəti 10 min əməkdaşını və ya işçilərin ümumi sayının 6 faizini ixtisar etmək imkanlarını nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə The Information nəşri məlumat yayıb. Kompaniyanın nümayəndələri MarketWatch-ın mümkün ixtisarlarla bağlı sorğusuna şərh verməkdən imtina ediblər.

Sektorun digər şirkətləri kimi, Google kompaniyası da koronavirus pandemiyası zamanı xidmətlərinə tələbatın kəskin artması fonunda işçilərin sayını fəal şəkildə artırıb. Bu da öz növbəsində əməliyyat xərclərinin çoxalmasına səbəb olub.

Alphabet-in səhmləri çərşənbə günü 1,45 faiz bahalaşıb. İlin əvvəlindən kompaniyanın kapitallaşması üçdəbir azalaraq 1,26 trilyon dollara enib, S&P 500 indeksi isə bu müddət ərzində 15,5 faiz itirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR