Onlayn ictimai-siyasi qəzet
“TMTS Group” MMC gömrük qaydalarını pozduğuna görə cərimələnib.
Musavat.com-un xəbərinə görə, MMC tərəfindən Çindən Azərbaycana mal gətirilən zaman əvvəlcədən elektron formada qısa idxal bəyannaməsi verilməyib.
MMC-nin nümayəndəsi bildirib ki, Çindən malı göndərən şirkət onlara məlumat vermədiyi üçün elektron bəyannaməni vaxtında təqdim edə bilməyiblər.
Bununla da MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Musavat.com
11 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ