Onlayn ictimai-siyasi qəzet
Estoniya Rusiyanın "kölgə donanması"nın tankerini saxlayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Postimees" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, tanker Aeqna adası yaxınlığında saxlanılıb.
Estoniya ilk dəfədir ki, Rusiyanın “kölgə donanması”ndan olan gəmini saxlayıb. Müdafiə Nazirliyinin mətbuat konfransında Hərbi Dəniz Qüvvələrinin komandanı İvo Vyark izah edib ki, saxlanılmada məqsəd gəminin sənədlərini və hüquqi statusunu yoxlamaq olub.
Cibuti bayrağı altında üzən “Kiwala” tankeri Estoniya ərazi suları ilə Rusiyanın Ust-Luqa limanına doğru hərəkət edirmiş. Hazırda tankerin yanında Estoniya donanmasının gəmiləri var. Estoniya Polis və Sərhəd Mühafizəsi Departamentinin rəhbəri Veyko Kommusaare bildirib ki, tanker sanksiyalar altındadır. Saxlanılan zaman məlum olub ki, gəmidə heç bir dövlətin bayrağı yoxdur və bu, üzməyi qanunsuz edib. Estoniya gəmini yoxlamaq üçün saxlamaq hüququndan istifadə edib.
Gəminin naviqasiya üçün təhlükə yaratdığı müəyyən olunarsa, texniki çatışmazlıqlar aradan qaldırılana qədər saxlanılacaq.
Musavat.com
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ