Onlayn ictimai-siyasi qəzet
“Araik Arutyunyan deyirdi ki, ruslar onunla əməkdaşlıq etmir. Amma belə bir fikir var idi ki, Şahramanyan seçilsə, vəziyyət dəyişəcək, hər şey yaxşı olacaq”. Bunu “Hraparak”a müsahibəsində artıq məhv olmuş qondarma “artsax”ın saxta “azad vətən” partiyasının “deputatı” Nella Qriqoryan deyib.
“Araik Arutyunyan çox vətənpərvər insandır. Bizə dedi ki, istefa ərizəsi verdikdə hər şey yaxşılığa doğru dəyişəcək. O düşünürdü ki, ruslar Şahramanyanla əməkdaşlıq edəcək və bizim üçün hər şey yaxşı olacaq. Biz Şahramanyanı seçdik, əksinə oldu.
Samvel Şahramanyan çətin vəziyyətdən çıxarmaq istəyirdi, amma alınmadı”, – N.Qriqoryan bildirib.
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. YAP-çı deputat Elman Nəsirovla ReAL Partiyasının icra katibi Natiq Cəfərli bir araya gələcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ