İnsanlara hürriyət, millətlərə istiqlal!

General Piriyev vəzifədən niyə azad edildi? - DOSYE

Xəbər verdiyimiz kimi, general-leytenant Heydər Piriyev Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsindən azad edilib.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, Heydər Piriyev 1959-cu ildə Ermənistanın Dağ Borçalının (Kalinino rayonu) Soyuqbulaq kəndində anadan olub.

1974-1976-cı illərdə Bakı şəhərində 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil alıb.

1976–1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər məktəbində təhsil alan Piriyev 1980–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir.

Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə ona general-mayor rütbəsi verilib.

2002–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət edib.

2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Universitetinin rəisi təyin edilib.

Heydər Piriyev 2022-ci ilin iyun ayından Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsində çalışırdı.

Heydər Piriyev yaş həddi ilə bağlı təqaüdə göndərilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR