İnsanlara hürriyət, millətlərə istiqlal!

General AÇIQLADI: "Ukraynaya istənilən hücuma cavab verən Qərb buna görə susur"

"Ermənistan 2020-ci ilin oktyabrında Gəncəyə 4 dəfə raket atıb. Mülki insanlara qarşı təşkil olunan bu hücumlar beynəlxalq hüququ ayaqlar altına atmaqdır. Bu, beynəlxalq cinayətdir".

Bunu Musavat.com-a Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz deyib.

Yucel-Karauz.jpg (82 KB)

"Bu gün Ukraynaya hər hansı bir hücum olduğu təqdirdə dünyanı ayağa qaldıran Qərb ikili standartlar siyasəti yürüdərək azərbaycanlılara qarşı aparılan terror siyasətini hətta qınamadı. Bölgədə meydana gələn təxribatlar Qərbin ikili standartlar siyasətinin nəticəsidir. Bu isə sadəcə Azərbaycan və Qarabağ məsələsi ilə bağlı deyil, Qərb müsəlmanlara, türklərə qarşı ikili standartlar siyasəti aparır. Xocalı faciəsi, ermənilərin saysız-hesabsız terrorları ikili standartların nəticəsidir. Azərbaycan güclü lideri, xalqı və ordusu ilə bu məsələlərin üzərinə gedir. Qərbdən ədalət gözləmək olmaz. Biz ədaləti özümüz bərpa edirik. Bütün şəhidlərimizə Allah rəhmət eləsin!"

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR