İnsanlara hürriyət, millətlərə istiqlal!

“Gənclik” gücləndirilmiş iş rejiminə keçir

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə sabah Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq Azərbaycanın “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında xeyriyyə futbol matçı ilə əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasının iş rejimində dəyişikliklər ediləcək.

Musavat.com bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Futbol görüşünə marağı nəzərə alaraq, Bakı metrosunun əməliyyat planı və bu arenada təşkil olunan kütləvi tədbirlərə uyğun, stansiya oyunun başlanma saatları ərəfəsində gücləndirilmiş iş qrafikində çalışacaq. Bu xüsusda stadiona yollanacaq sərnişinlərin yönləndirilməsi, rahatlığı və təhlükəsizliyini təmin etmək məqsədilə stansiyada növbətçilik cədvəli tərtib olunacaq, əlavə işçi qüvvəsi ayrılacaq.

Sərnişinlərin oyun qurtardıqdan sonra təhlükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar nəzərə alınacaq və xəttə buraxılmağa hazır vəziyyətdə saxlanılacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR