İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncə sakini: "Ermənistanın törətdiyi terror hadisəsindən sonra mən şəkər xəstəliyinə tutulmuşam" - FOTO

"Ermənistanın törətdiyi terror hadisəsindən sonra mən şəkər xəstəliyinə tutulmuşam".

Bunu report-a müsahibəsində Vətən müharibəsi dövründə Ermənistan Silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutmasının şahidi olmuş Nofəl Məmmədov deyib.

O şəhid olan qonşualrını yuxuda gördüyünü, hər il oktyabrın 11-də həmin günü yenidən yaşyırmış kimi hisslər keçirdiyini deyib:

"Mən yaxınlıqda olan binada qalıram. Həmin gecə yenicə yuxuya getmişdim ki, böyük partlayış oldu, bina zəlzələ olmuş kimi, silkələndi. Hər tərəf zil qaranlıq oldu, nə baş verdiyini tam anlamırdım. Sonradan bildim raket düşüb, amma hara düşdüyünü bilmirdim. Birdən binadan çölə çıxanda gördüm ki, qarşıdakı yaşayış bunası dağılıb, toz-duman bürüyüb ətrafı. Tez köməyə getdik, insan dağıntılar altında qalmışdı, telefon işığı ilə onları ordan xilas etməyə çalışırdıq. Polislər, Fövqəladə Hallar Nazirliyinin xüsusi xilas ediciləri gəldilər. Raketin təsirindən tanışım olan şəxsin nəşi 30-40 metr kənara düşmüşdü".

N. Məmmədov vurğulayıb ki, həmin gecə yaşananlar unudulmur:

"Rəhmətlik qonşularımız yuxularıma girir. illərdir bir küçədə yaşadığın qonşuların şəhid olduğunu görmək çox dəhşətli bir haldır. Mən həmin gecədən sonra şəkər xəstəliyinə tutuldum. Evdə uşaqlar səs eşitdikdə düşünürlər ki, raket atırlar", - deyə N.Məmmədov deyib.

Qeyd edək ki, 11 oktyabr 2020-ci ildə Ermənistan Silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.

Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR