İnsanlara hürriyət, millətlərə istiqlal!

Gənc qızlar Van Qoqun 76 milyonluq "Günəbaxanlar" tablosunu bu hala saldı - VİDEO, FOTO

Bir qrup iqlim fəalı dünya mətbuatında geniş əks-səda doğuran etiraza imza atıb.

Musavat.com xəbər verir ki, iqlim dəyişikliyinə etiraz edənlər Vinsent Van Qoqun Londonda Milli Qalereyada nümayiş etdirilən “Günəbaxanlar” əsərinin üzərinə pomidor şorbası atıblar.

Özlərini “Just Stop Oil” etirazçıları adlandıran gənclər rəsm üzərinə pomidor şorbası tökdükdən sonra divara yapışaraq etiraz ediblər.

İngiltərənin paytaxtı London son iki gündür iqlim etirazçılarının nümayişlərinə səhnə olub. Londonda Milli Qalereyaya ziyarətçi kimi daxil olan iki etirazçı 1888-ci ildə çəkilmiş “Günəbaxanlar” tablosunu hədəfə alıblar. İqlim fəalları iqlim böhranlarına və ekoloji hadisələrə reaksiya vermək üçün nümayişlər təşkil ediblər. Van Qoqun 76 milyon funt sterlinq dəyərində olan tablosu şüşə lövhə ilə qorunduğu üçün etirazlar nəticəsində ciddi dərəcədə zərər görməyib. Ziyarətçilər tərəfindən qalereyada lentə alınan hadisə qısa zamanda sosial medianın gündəminə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR