İnsanlara hürriyət, millətlərə istiqlal!

Gedişhaqqı ilə bağlı təklif: günlük 1,5 manat olsun

Bakıda ictimai nəqliyyatda gediş qiymətlərinin 25% bahalaşaraq, 50 qəpiyə qalxması müxtəlif ölkələrdə olan təcrübənin bu və ya digər formada tətbiqi məsələsini gündəmə gətirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, nümunələrdən biri Türkiyənin iri şəhərlərində tətbiq edilən modeldir. Belə ki, qardaş ölkədə, məsələn, İstanbulda bir tam gediş 17.7 lirədir. Tələbələr üçün bu məbləğ 8,64, müəllim və digər sənət sahibləri üçün 12,67, pensiyaçılar üçünsə gedişhaqqı pulsuzdur.

2 saat müddətində təkrar istifadədə tam bilet sahibləri 12,67, 3-cü istifadədə 9,62, 4-cü istifadədə 6,08 lirə alınır.

Tələbələrdə bu rəqəm müvafiq olaraq 3,79, 3,56 və 3,04 lirədir.

Sosial kartlarda ikinci istifadədə 7,6, 3-cüdə 5,81, 4-cüdə isə 3,79 lirədir.

Mavi kartlar da var - aylıq: tam 1389, tələbə kartı 250, sosial kart isə 864 lirədir.

Metrolar, elektrik qatarları üçün də müxtəlif güzəştlər tətbiq edilir. Bu güzəştlər turistlərə aid deyil.

İqtisadçı Natiq Cəfərli bildirib ki, turistlər istisna olmaqla, Bakı sakinlərinə də fərqli model tətbiq edilə bilər:

"Birdəfəlik bilet 50 qəpik ola bilər, bu, turistlərə, nəqliyyatdan az-az istifadə edənlərə aid olmalıdır. Amma günlük, həftəlik, aylıq, 6 aylıq və illik istifadə müddəti gediş sayı ilə deyil, zamanla məhdudlaşdırılan biletlər də olmalıdır. Məsələn, saatlıq bilet 50 qəpiyə, günlük bilet 1,5 manata, aylıq 25 manata, 6 aylıq 110 manata, 1 illik 170 manata biletlər olmalıdır. Bu zaman avtobus şirkətləri, metro öncədən vəsait toplayır deyə, işlərini doğru planlaya bilirlər. Bu model həm vətəndaşa, həm də ictimai nəqliyyat xidməti göstərənlərə sərf edir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR