İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə klubunda iPhone üçün soyunma müsabiqəsi keçirildi: SAXLANILANLAR VAR

Rusiyada gecə klubunda iştirakçıların "iPhone" qazanmaq üçün soyunduğu müsabiqə böyük hiddət doğurub.

BAKU.WS xəbər verir ki, səhnə qarşısında soyunan iki kişi və iki qadın iştirakçı saxlanılıb. Hadisəyə sərt reaksiya verən qubernator İqor Babuşkin tədbirin keçirildiyi yerin sığınacaq olduğunu və hadisənin müharibə dövrünün mənəvi dəyərləri və sosial normaları ilə bağlı müzakirələrə səbəb olduğunu bildirib. Polis kluba basqın edərək təşkilatçıları saxlayıb.

Saxlanılanlar arasında üç iştirakçının daha təmkinli olduqları müşahidə edilib.

Həbs edilən qadın daha sonra "Etdiklərimdən peşmanam. Davranışım əxlaqsızlığı əks etdirir. Hamıdan üzr istəyirəm" deyib. Qadın ailəsindən də üzr istəyib.

Qubernator İqor Babuşkin hadisəyə sərt reaksiya verib: "Bu, hamımız üçün ayıbdır. Vətəndaşlarımız müharibədə canlarını qurban verərkən bəziləri insan ləyaqətini alçaldan əxlaqsız hərəkətlər nümayiş etdiriblər".

Belə halların təkrarlanmaması üçün səlahiyyətlilərin gecə klublarında yoxlamaları artıracağı bildirilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR