İnsanlara hürriyət, millətlərə istiqlal!

Gecə ilə həmin şəkillərimi şəhərdən sökdürdüm - Xuraman Şuşalı 

"Ətrafımda nə qədər adam mənə deyir ki, bəlkə hicabını açasan. Qəşəng mahnıların var, başını aç, klip çəkdir". 

Bu sözləri müğənni Xuraman Şuşalı "Maqazin plyus"a müsahibəsində deyib.

İfaçı hicaba keçdikdən sonra şəhərdə olan bütün şəkillərini yığışdırdığını söyləyib:

"Həyatda heç kim heç nədən sığortalanmayıb. Heç kim deyə bilməzdi ki, Xuraman 2013-cü ildə fevralın 16-da gündəmdə olan vaxtı şəhərin 20-i yerində billboardlarım asılmışdı. Hicaba keçdim və gecə ilə həmin şəkillərimi sökdürdüm. Çəkdirdiyim klipimi, görüntülərimi, şəkillərimi belə yığışdırdım. Radioda mahnılarımın yayımını da dayandırdım. Yəni mən belə bir imandan islama gəldim.

Ancaq insan gərək "heç vaxt heç vaxt" deməsin. Mən də bu sözü heç zaman heç bir hərəkətimdə demirəm. İstər ailəmlə, istərsə də hər bir şeylərlə bağlı böyük danışmıram. Sevərəkdən başımı bağlayıb, dinə gəlmişəm. Bundan sonra da 50 dərəcə isti olsa da, Allah mənə güc, qüvvət verər, buna da dözərəm. Hər şey Allahın əlindədir. Allah istəməsə, mənim bu başımda olmayacaq". (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR