İnsanlara hürriyət, millətlərə istiqlal!

G7 sammitində rusiyalıların dondurulmuş mülkiyyətinin taleyi müzakirə olunacaq

Mayın 19-dan 21-dək Yaponiyanın Xirosima şəhərində keçiriləcək “Yeddilər qrupu” (G7) sammitinin iştirakçıları Rusiya vətəndaşlarının xaricdə dondurulmuş əmlakının aqibətini müzakirə etməyə hazırlaşır.

AZƏRTAC Yaponiyanın “Sankei” qəzetinə istinadla xəbər verir ki, rusiyalıların dondurulmuş aktivlərinin Ukrayna iqtisadiyyatının bərpasına yönəldilməsi təklif olunur. Lakin fərdi əmlakın toxunulmazlığı barədə qanunvericilik bu cür müsadirəyə icazə vermir.

Mart ayında ABŞ-ın Maliyyə Nazirliyi Vaşinqton və müttəfiqlərinin son bir il ərzində rusiyalıların 58 milyard dollarlıq aktivlərini dondurduğu barədə məlumat yayıb.

Kiyev dondurulmuş aktivlərin Ukraynaya yardım üçün istifadə olunmasını istəyir. Dünya Bankının hesablamalarına görə, Ukrayna iqtisadiyyatının bərpasına 10 il ərzində 411 milyard dollar vəsait lazımdır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR