İnsanlara hürriyət, millətlərə istiqlal!

G7: Qəzzadakı münaqişə Fələstin Dövlətinin tanınması ilə bitməlidir

Hazırkı Fələstin-İsrail münaqişəsi Fələstinin tanınması ilə iki dövlətin dinc birgəyaşayışı əsasında bitməlidir.

“Report” xəbər verir ki, bu barədə Yeddilik (G7) Qrupunun liderlərinin İtaliyada keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş bəyanatında qeyd olunub.

“Biz beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq təhlükəsiz və tanınmış sərhədlər daxilində iki demokratiyanın - İsrail və Fələstinin dinc birgəyaşayışı ilə münaqişənin iki dövlət əsasında həllinə sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik”, – sənəddə deyilib.

Orada “Qəzza zolağının İordan çayının qərb sahili ilə Fələstin administrasiyasının səlahiyyətləri altında birləşdirilməsinin vacibliyini” vurğulanıb.

G7 liderləri “zamanı gələndə İsrailin Fələstin Dövlətini tanıması da daxil olmaqla, qarşılıqlı tanınmanın bu siyasi prosesin vacib komponenti olacağına” diqqət çəkiblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR