İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbolçular qəzaya düşdü - Ölənlər var

Əlcəzairdə idmançıları daşıyan avtobus qəza törədib.

Bu barədə Əlcəzair mətbuatında məlumat yayılıb.

JS Kabylie komandası ilə səfər matçı üçün komandasını daşıyan avtobusun qəzaya uğraması nəticəsində qapıçı Zakaria Bouziani və köməkçi məşqçi Xalid Muftah həyatını itirib.

27 yaşında dünyasını dəyişən "El Bayadh"ın qapıçısı Zakaria Bouziani bu mövsüm 2 matçda meydana çıxmaq şansı qazanıb.

Əlcəzair Futbol Federasiyasından verilən açıqlamada kluba, azarkeşlərə və həyatını itirənlərin yaxınlarına başsağlığı verərək, bu həftə keçiriləcək liqa oyunlarının təxirə salındığını açıqlayıb.

Əlcəzair Futbol Federasiyası da Əlcəzair kubokunun son 32 və son 16 turunun püşkatma mərasiminin sonrakı tarixə təxirə salındığını açıqlayıb.

Əlcəzair prezidenti Əbdülməcid Tebbun xəbəri böyük faciə kimi qiymətləndirib, böyük ağrı və matəm ifadə edib, qəzada həyatını itirənlərin ailələrinə başsağlığı verib.

Klubdan verilən açıqlamada qəzadan yararlanan digər komanda üzvlərinin vəziyyətinin ciddi olmadığı bildirilib.

El Bayadh 10 həftə qalmış Əlcəzair Liqasında 10 matçda 15 xalla 6-cı yerdədi.//Manset.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR