İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbolçu oyun zamanı vəfat etdi - FOTO

Misir millisinin və yerli “Fyuçe” klubunun futbolçusu Əhməd Refaat infarkt keçirərək dünyasını dəyişib.

Bu barədə Misir Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Hadisə Misir çempionatının XI turunda “Əl-İttihad”a qarşı keçirilən matç zamanı baş verib.

31 yaşlı forvard oyunun başa çatmasına 2 dəqiqə qalmış yerə yıxılıb.

Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Əhməd Refaat peşəkar karyerası ərzində 211 oyun keçirib. O, Misir millisində isə 7 matçda 2 qolla yadda qalıb.(Qafqazinfo)

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR