İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbolçu Neymar PSJ rəhbərliyini əsəbiləşdirib

"Paris Saint-Germain" futbol klubunun rəhbərliyi komandanın hücumçusu Neymarın davranışından narazıdır. Braziliyalı qolçu parislilərin çempionluq matçını buraxıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Neymar PSJ-nin çempionluq qazandığı oyuna komanda ilə getməmək qərarına gəlib. Bunun əvəzinə o, Monakoda Formula 1 nümayişi tədbirində iştirak edib.

Paris komandasının bossları braziliyalının bu hərəkətinə mənfi reaksiya verib və bunu "təxribat" hesab ediblər.

Bundan əlavə, Neymar PSJ-nin Liqa 1 çempionluğu matçında Monte Karloda keçirilən poker turnirində görüntülənib.

Daha əvvəl hücumçunun yay transfer pəncərəsində PSJ-dən ayrılma ehtimalının yüksək olduğu bildirilirdi. Onun parislilərlə müqaviləsi 2025-ci ilə qədərdir.

Neymar 2017-ci ilin avqustundan PSJ-də çıxış edir. 2022/23 mövsümündə hücumçu komandanın heyətində bütün yarışlarda 29 matçda 18 qol vurub və 17 məhsuldar ötürmə edib. Hazırda ayaq biləyindən zədəsini sağaldır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR