İnsanlara hürriyət, millətlərə istiqlal!

Funikulyorda gediş haqqı artıb? – Rəsmi AÇIQLAMA

Xəbər verildiyi kimi iyul ayının 1-dən ictimai nəqliyyatda gediş haqları artırılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən tariflər yenilənib, şəhərdaxili avtobuslarda və metro nəqliyyatında gediş haqqı 50 qəpik müəyyənləşib.

Paytaxtda Şəhidlər Xiyabanı ilə Dənizkənarı Milli Parkı ən qısa yolla birləşdirən nəqliyyat vasitəsi Bakı funikulyoru fəaliyyət göstərir.

Cəmi iki stansiya, "Bəhram Gur" və "Şəhidlər Xiyabanı" arasında gediş-gəlişi təmin edən, həmçinin, şəhərin gözəlliyini seyr etmək üçün istifadə edilən funikulyorda gedişhaqqı artıbmı? Ümumiyyətlə, xidmətə görə qiymətdə dəyişiklik gözlənilirmi?

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, qiymətdə artım müşahidə olunmayıb:

"Hazırda funikulyorda adambaşına gediş haqqı 1 manatdır. Qiymətdə hər hansı dəyişikliyin olması isə qurumun səlahiyyətində deyil".

Qeyd edək ki, funikulyor 64 ildir fəaliyyət göstərir. Bir müddət pulsuz xidmət göstərən funikulyorun iki stansiyası var və onlar arasındakı məsafə 455 metrdir. Vaqonlararası interval 4 dəqiqədir. Funikulyor hər 10 dəqiqədən bir yola düşür.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR