İnsanlara hürriyət, millətlərə istiqlal!

FTX Marqarita Simonyan və Kseniya Sobçakın qətlinin qarşısını alıb - Yenilənib

Federal Təhlükəsizlik Xidməti RT telekanalının baş redaktoru Marqarita Simonyan və jurnalist Kseniya Sobçakın qətlinin qarşısını alıb.

Musavat.com xəbər verir ki, bu barədə TASS FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzinə istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, qətli Ukraynanın xüsusi xidmət orqanları planlaşdırırmış. 

Saxlanılan şəxslərin olduğu barədə əlavə informasiya yayan hüquq-mühafizə orqanları bildirirlər kii, onlardan "Kalaşnikov" avtomatı, onlarla patron, həmçinin bıçaqlar, dəyənəklər, nasist simvolları və ədəbiyyatı götürülüb. Həmçinin, istintaq hərəkətləri zamanı şübhəli şəxslərin üzərində cinayət niyyətlərini təsdiq edən məlumatlar olan rabitə vasitələri və kompüterləri aşkar edilib.

Saxlanılan şəxslər Ukrayna silahlı qüvvələrinin göstərişi ilə Marqarita Simonyan və Kseniya Sobçakın qətlinə hazırlaşdıqlarını və hər “təcavüz obyekti”nə görə bir milyon yarım rubl almalı olduqlarını etiraf ediblər.

Hazırda istintaq zəruri əməliyyat-axtarış və istintaq hərəkətlərini davam etdirir. Bu faktla bağlı terrorizm maddəsi ilə cinayət işinin başlanması planlaşdırılır.

Adı çəkilən jurnalistlərin eyni siyahıda olması isə maraq doğurur. Çünki onlardan biri - Simonyan rus şovinisti və Kremlin təbliğat ruporudur, o biri - Sobçak isə Ukraynaya qarşı radikal fikirlər səsləndirməyib. Hətta bir ara bu iki qadın arasında qarşılıqlı nifrət mübadiləsi olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR