İnsanlara hürriyət, millətlərə istiqlal!

FTB: Ötən il ABŞ-da zorakılıqla törədilən cinayətlərin sayı sabit qalıb

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) bazar günü dərc edilən yeni hesabatına əsasən, Birləşmiş Ştatlarda zorakı cinayətlərin və mülkiyyət əleyhinə cinayətlərin sayı 2020-ci ildəki kəskin artımdan (29,4 faiz) sonra 2021-ci il ərzində sabit qalıb.

AZƏRTAC xəbər verir ki, FTB-nin açıqlamasına görə, məruzə İnsidentlər Əsasında Milli Hesabat Sistemində “Cinayətlər barədə vahid hesabat proqramı”na uyğun qeydə alınan 11 milyondan çox qanun pozuntusu barədə məlumata müvafiq hazırlanıb.

FTB-nin dəyərləndirməsinə görə, 2021-ci ildə zorakı cinayətlərin sayı bütövlükdə 1 faiz aşağı düşüb, bununla yanaşı, qətllərin sayı 4,3 faiz artıb, soyğunçuluq halları isə 8,9 faiz azalıb. Məlumatlarda göstərildiyi kimi, guya cinayətkarlığın səviyyəsinin dəyişməsi məlumatlarının toplanması üsullarında dəyişikliklərlə bağlıdır. 2021-ci ilin məlumat toplusu üstəlik onunla da mürəkkəbləşib ki, bəzi yurisdiksiyalar, xüsusən də Los-Anceles və Nyu-York prosesdə iştirak etməyib. Görünür, qətl hadisələrinin səviyyəsinin 2021-ci ildə əhəmiyyətli şəkildə artmamasına baxmayaraq, bu göstərici COVID-19 pandemiyasına qədər olan dövrdən yenə də yüksək olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR